Ata malından mal olmaz, özün qazanmaq gərək.

Cf. Everyone must earn one’s own daily bread. Отцовщина и дедовщина храповщина, а мил животок, коли сам наживёшь.
ata malı kimi bölüşmək
Ata mindi, atasını da tanımadı.
OBASTAN VİKİ
MAL
MyAnimeList (azərb. Mənim anime siyahım‎) və ya qısaca MAL — istifadəçilərə animanqa siyahıları yaratmaq və animanqa forumlarında iştirak etmək kimi imkanlar təklif edən sosial şəbəkə və məlumat bazası. 2004-cü ildə Qarret Qissler tərəfindən şəxsi sayt kimi yaradılmış, 2006-cı ildə ictimai sayta çevrilmişdir. Sayt 2019-cu ildə satılana qədər mobil tətbiq istehsalçısı DeNA-nın budaq şirkəti olan MyAnimeList LLC tərəfindən idarə olunmuşdur. Saytda 4,4 milyon anime başlığı və 775.000 manqa başlığı var. 2015-ci ildə saytı ayda 125 milyon nəfər ziyarət etmişdir. == Tarix == Qarret Qissler tərəfindən (istifadəçi adı Xinil) AnimeList adı ilə 2004-cü ildə şəxsi sayt kimi yaradılmışdır. O daha sonra Myspace sosial şəbəkəsindən ilhamlanaraq saytın adını MyAnimeList olaraq dəyişdirmiş və 2006-cı ildə saytın indiki domen adını əldə etmişdir. Qisslerin dediyinə görə sayt qurulanda cəmi 228 istifadəçisi var idi. Əvvəlcə saytda ancaq anime başlıqlarının məlumat bazası vardı.
Bunu özün et
Bunu özün et ( DIY və ya DIY, İngiliscə: Do It Yourself ) insanların, ekspertlərin və peşəkarların köməyi olmadan tikinti, təmir və təmir işlərinin özləri tərəfindən etməsidir. Xalq arasında həmçinin Əldəqayırma termini də işlənməkdədir. == Yaranış == "Bunu özün et" termini ilk dəfə 1950-ci illərdə insanların fərdi olaraq həyata keçirməyi seçdikləri ev abadlıq işlərini təsvir etmək üçün istifadə edilmişdir. 70-ci illərdə videoyazının yayılması ilə "DIY"çılar maarifləndirici videolar hazırlayıb bu anlayışın oturuşmasına can atdılar. 90-cı illərdə internetin inkişafı ilə "DIY" qızıl dövrünü yaşamağa başladı. == Musiqidə == Musiqidə "DIY" fərqlərin və ya musiqi qruplarının öz mahnılarının özləri tərəfindən, yəni böyük musiqi şirkətləri tərəfindən dəstək olmadan, yazmaları, onların yayımı və tanıtımı deməkdir. Üstəlik bəzi musiqiçilər və bu hərəkatla bağlı olanlar, özləri dərgilər və qəzetlər çap edir. Həmçinin bəzi musiqiçilər ifa elədiyi alətləri də özləri düzəldib istifadə edir. Bu həyat tərzi pank musiqisini yazan və bu submədəniyyətə ayıd olanlar arasında çox yayılıb, ümumiyyətlə, pank submədəniyyəti məhz bu hərəkat üzərində qurulur. Bu fikirləri ən aydın təsvir edən qruplardan biri də Fuqazi qrupudur.
Ata
Ata — insanın kişi valideyni. İnsan canlılardan fərqli olaraq öz valideynlərini şüurlu surətdə qəbul edir. Atanın adı şəxsi ada tərkib hissə kimi daxildir. Ata adı müəyyən hallarda nəvədən başlayaraq sonrakı nəsillər üçün soyad əsası kimi də qəbul edilə bilər. İslamda atanın və ananın ehtiramını saxlamaq vacibdir. Bu barədə Qurani-Kərimdə qeyd olunur: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetərsə, onlara: "Uf!" belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: "Ey Rəbbim!
İctimai mal
İctimai mal (ing. public good) — ödəyib-ödəməməsindən asılı olmayaraq bütün vətəndaşlar tərəfindən toplu şəkildə istehlak edilən bir mal. İctimai mallar ümumiyyətlə özəl mallara bənzəmir (istehlak üçün və yalnız sahibinə fayda verir), satışını təşkil etmək demək olar ki, mümkün deyil: fərdlər ictimai malların təsirlərindən istifadə etməkdən ləzzət alırlar, lakin bunun əvəzini ödəməkdən çəkinirlər (sərbəst atlı təsiri). Dövlət və özəl malların ayrılması Aristotelin Siyasətinə qayıdır. İctimai rifah dövlətin mövcudluğunun məqsədidir. Aristotelin ənənəsi Foma Akvinskinin "ümumi xeyiri" (bonum Commune) vurğulayaraq davam etdirir. K. R. Makkonnellu və S. L. Brüya əsasən, ictimai mal və ya məhsul — istisna prinsipinin tətbiq olunmadığı və istehsalı cəmiyyət tərəfindən əhəmiyyətli fayda gətirməsi şərtilə istehsalının dövlət tərəfindən təmin edildiyi mal və ya xidmətdir. istisna edilməmənin əlaməti — bir insanı bu malın istehlakçıları əhatəsindən kənarlaşdırmaq demək olar ki, mümkün deyil; istehlakda rəqabətsizliyin əlaməti — malın bir nəfər tərəfindən istehlak edilməsi başqası tərəfindən istehlak imkanlarını azaltmır; bölünməzlik əlaməti — yaxşılıq ayrı vahidlərə parçalana bilməz. Bu qədər təmiz ictimai mal yoxdur; qarışıq mallar daha çox yayılmışdır, həm özəl, həm də ictimai malların xüsusiyyətləri daxil olmaqla. Təxminən təmiz ictimai mallar gecə dənizçilərə rəhbərlik edən mayak işığını alan hər kəsə işıq saçır qanunun aliliyinin təmin edilmiş daxili və xarici təhlükəsizliyi onun ərazisində olan hər kəs üçün mövcuddur.
Arşın mal alan
Arşın mal alan (operetta) — Üzeyir Hacıbəyovun 1913-cü ildə yazdığı son operetta. Arşın mal alan (film, 1917) — Boris Svetlovun filmi. Arşın mal alan (film, 1937) — Setraq Vartyanın musiqili filmi. Arşın mal alan (film, 1945) — Rza Təhmasib və Nikolay Leşşenkonun filmi. Arşın mal alan (film, 1960) — Səməd Sabahinin filmi. Arşın mal alan (film, 1965) — Tofiq Tağızadənin filmi.
Mal Qrad adası
Mal Qrad və ya Maliqrad (alb. Qyteti i Vogël) — Tektokik göl olan Prespada yerləşən kiçik ada. Yunanıstan, Albaniya və Şimali Makedoniya ilə sərhəddə yaxın ərazidə yerləşir. Mal Qrad adası Prespa gölünün Albaniyaya aid hissəsində hündür bir platoda yerləşir. Sahəsi 5 hektardır. Qolen Qrad adasından sonra Prespa gölünün sahəsinə görə ikinci adasıdır. ada daimi əhaliyə sahib deyil Adada çoxlu sayda mağara vardır. Burada vəhşi heyvanlar yaşayır. Çömçəquyruğa bənzər quruluşa sahibdir. Bir hissəsi ağacla örtülmüşdür.
Mal bazarı qatili
Mal bazarı qatili — 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Ağdam və Bərdə rayonlarında ata-oğul, Elman Həsənov və Elşən Həsənov tərəfindən gerçəkləşdirilmiş silsilə qətl hadisəsi. Sözügedən hadisə Azərbaycan kriminologiya tarixinin ilk silsilə qətli hesab olunmaqdadır. İkili tərəfindən Ağdam rayonundan dörd, Bərdə rayonunuda üç nəfər olmaqla, ümumilikdə yeddi nəfər qətlə yetirilmişdir. Bərdə rayon polis idarəsinin əməkdaşlarından təşkil olunmuş istintaq qrupunun keçirmiş olduğu əməliyyat nəticəsində ata və oğul növbəti qurbanlarını öldürmək istəyən zaman yaxlanmışdır. == Hadisə == Cinayət hadisələri Bərdə şəhərinin tanınmış baytarlarından olan Nüsrət Musayevin yoxa çıxmasından sonra polisin diqqətini çəkmişdir. Bərdədə doktor deyə çağırılan və nüfuz sahibi olan Nüsrət Musayevin yoxa çıxmasından sonra müəyyənləşdirilmişdir ki, bu artıq baş vermiş ikinci analoji hadisəsdir. Belə ki, 1993-cü il iyul ayının 11-də Bərdənin Həsənqaya kənd sakini Əliyev Abbas Vəli oğlu yoxa çıxmış, 5 gün sonra - iyulun 16-da onun cəsədi Ərəblər kəndinə gedən yolun kənarından tapılmışdı. Başından və sinəsindən aldığı zərbələr nəticəsində öldüyü müəyyən edilən adamın əvvəlcə avtoqəzaya düşdüyü güman olunsa da, sonradan öldürüldüyü məlum olmuşdur. Hadisə ilə bağlı rayon polis şöbəsində cinayət işi açılmışdır. Cinayətlərin törədilməsi üsulu Ağdam və Bərdə rayonlarında yerləşən mal bazarlarında mal-qara almağa gələn imkanlı şəxslərin təyin olunması və onların kənar əraziyə çəkilərək öldürülməsi formasında baş vermişdir.
Ak Ata
Alma-Ata
Almatı (qaz. Алматы; 1921-ci ilədək — Vernı, orta əsrlərdə — Almatu) — Qazaxıstanın ən böyük şəhəri və 1927–1997-ci illərdə ölkənin paytaxtı. Əhalisi 2 milyon nəfərdir). Qazaxıstanın cənub şərqində yerləşən Almatı şəhəri, 1854-cü ildə Rusların şərqdə sərhəd qalası olaraq qurduqları şəhərdir və 2020-ci il 1 sentyabr statistikasına əsasən 1.955.080 nəfər əhalisi ilə Orta Asyanın ən inkişaf etmiş beynəlmiləl şəhəridir. Bir çox ticarət mərkəzi, restoranları, otelleri və kazinoları ilə varlı həyat tərzi ilə seçilir. Öncəki adı Alma Ata olan şəhər Alatau Dağları platosunda yerləşir. Bütün Qazaxıstanda olduğu kimi, Almatıda da ana dil qazaxca və ruscadır. Qazaxıstanın 1991-ci ildə Sovet İttifaqından müstəqillik əldə etməsindən sonra, Almatı şəhəri Qərb bazarlarına açılıb, çox sürətli inkişaf etmişdir. Almatı köhnə paytaxt olmasına baxmayaraq (indiki paytaxt Astana şəhəridir), hələ də ölkənin mədəni, iqtisadi və ticarət mərkəzi olaraq qalır. == Təbiəti == Almatı şəhəri qış turizmi üçün ideal yerdir.
Alma Ata
Geyik Ata
May Ata
May Ata — türk mifologiyasında varlıq tanrısıdır. Digər adı Pay (Bay) Atadır. İnsanların qoruyucusudur. Göyün üçüncü qatında oturar. Buddizmin təsiriylə Maitreya adlı tanrı ilə eyniləşdirilmişdir. Tunquslarda Mayın adı verilən bir ruhlar tanrısı vardır və kainatı yaratdığına inanılar. Bu tunqus tanrısı yeni doğulan körpələrə ruh verir. Tunguslar Mayın adlı lütfkar və yaradıcı tanrılarını da ağla gətirir. Altay mifologiyasında, Ülgənin göyün üçüncü qatında olduğuna inanılan iki oğlundan biridir. Ülgənin, insanların hamisi və piri sayılan oğludur.
Od Ata
Qorqud Ata
Dədə Qorqud və ya Qorqud Ata — türk, altay və oğuz rəvayətlərində, əfsanələrində, nağıllarında və xalq hekayələrində adı çəkilən və Dədə Qorqud olaraq tanınan ozan, aşıq, varsaq və el ağsaqqalı. Dədə Qorqud Hekayələrinin yazıçısı və izahçısı olduğu qəbul edilir. Ozanların atasıdır. Qeyri-adi özəllikləri vardır. Qopuz çalar, əhvalatlar söylər. Çox uzun illər yaşamışdır. Qopuzun bulucusu odur. İslamiyyətlə birlikdə bir övliya olaraq qəbul edilmişdir, lakin İslamdan öncəki dövrlərdə çox geriyə gedən bir xarakterdir. Tanrının izni ilə gələcəkdən xəbər verir. Kordan çıxmış bir qadının oğludur.
Su Ata
Ulu Ata
Xristianlıqda Ata
Ata yaxud Ata-Allah — xristianlıqda ümumiyyətlə Allaha və xüsusi olaraq Üç üqnumun birinci Sifətinə verilən addır. Xristianlıqda Ata-Allah, Oğul və Müqəddəs Ruh ilə birlikdə bir Allahın üç Sifətindən biridir. Bir Allahın üç Sifəti əqidəsinə Üç üqnum və ya Müqəddəs Üçlük deyirlər. Pravoslav, katolik və protestant olmaq üzrə bütün xristian kilsələri bu əqidəyə inanırlar. Əhdi-Cədiddə Allah “Ata” adlandırılır, İsa Məsih Allaha adətən “Atam” deyə xitab edir. Birinci Nikeya Kilsə Məclisində (eramızın 325-ci ili) qəbul olunmuş Nikeya iman simvolu bu sözlərlə başlanır: “Mən Allaha, qüdrətli Ataya, göyü-yeri, gözlə görünən də, görünməyən də hər şeyi Yaradana inanıram”. “Afanasi iman simvolu”nda (eramızın IV əsri) Ata-Allah haqqında belə yazılmışdır: “Ata necədirsə, Oğul da belədir, Müqəddəs Ruh da belədir. Ata yaradılmamış, Oğul yaradılmamış və Müqəddəs Ruh yaradılmamışdır. Ata qeyri-məhdud, Oğul qeyri-məhdud və Müqəddəs Ruh qeyri-məhduddur. Ata əbədi, Oğul əbədi və Müqəddəs Ruh əbədidir.
Yeddi ata
Yeddi ata (qaz. Жеті ата, «Yeddi baba»; qırğ. Жети ата, «Yeddi ata»; başqa mənası — «Yeddi əcdad»; başq. ете быуын) — qazaxların, qırğızların və başqırdların şəcərə (qaz. шежіре, qırğ. санжыра, başq. шәжәрә) sistemi. Adətə görə, insan ən azı öz yeddi birbaşa əcdadının (ata, baba, böyük baba, və s.) adlarını əzbər bilməli. Yeddi ata sistemidə bir-birinə üst-üstə düşən əcdadlar olanlar şəxslərin evlənməsi insest sayıldığına görə, belə hallara cəmiyyətdə pis baxılır. Həmçinin, bu sistem həm yazılı, həm də şifahi şəkildə nəsillərin tarixini saxlayaraq, xalqların kimliliyin və ya xəyali icmaların formalaşmasında rol oynayır.
Yel Ata
ATA Alyansı
ATA İttifaqı və ya Ata İttifaqı — 11 mart 2023-cü ildə Zəfər Partiyası, Ədalət Partiyası, Ölkəm Partiyası, Türkiyə İttifaqı Partiyası tərəfindən qurulmuş seçki ittifaqı. İttifaq 2023 Türkiyə prezident seçkilərində sabiq Milliyətçi Hərəkat Partiyası millət vəkili Sinan Oğanı namizəd göstərmişdir. İttifaqı təşkil edən partiyalardan sadəcə Zəfər Partiyası və Ədalət Partiyasının 14 may 2023-cü ildə keçirilən parlament seçkilərində iştirak etmək hüququ var idi. == Zəmin == İyun 2022-ci ildə Zəfər Partiyasının da içində olduğu beş partiyadan ibarət yeni bir ittifaqın qurulacağı iddia edildi. Partiya sədri Ümid Özdağ bu iddiaları təkzib etdi. İrəlləyən vaxtlarda Məmləkət Partiyası sədri Məhərrəm İncə Zəfər Partiyası sədri Ümid Özdağ, Ədalət Partiyası (Türkiyə, 2015) sədri Vecdət Öz və Doğru Yol Partiyası sədri Rüfət Sərdaroğlu seçki ittifaqı ilə bağlı danışıqlar apardıqlarını bildirdi. Jurnalist Fatih Altaylı Ümid Özdağ ilə görüşdüyünü və prezident namizədlərinin Məhərrəm İncə olduğunu, əgər Mansur Yavaş namizəd olar isə də onu dəstəkləyəcəklərini qeyd etdi. Məhərrəm İncə "Mən heç kimin ehtiyat namizədi deyiləm." bəyanatını verdi. 4 mart 2023-cü ildə Ümid Özdağ 24 saat əvvəl Məhərrəm İncənin ittifaq danışığı keçirdiyi WhatsApp qrupuna "Mən bu ittifaqı tərk edirəm, haqqınızı halal edin." yazdığını dedi. === Doğru Partiyanın tərk etməsi === Doğru Partiya prezident namizədinin irəli sürülməsi ilə bağlı razılıq əldə olunmadığından ittifaqı elan vaxtından az əvvəl tərk etdiyini açıqladı.
ATA İttifaqı
ATA İttifaqı və ya Ata İttifaqı — 11 mart 2023-cü ildə Zəfər Partiyası, Ədalət Partiyası, Ölkəm Partiyası, Türkiyə İttifaqı Partiyası tərəfindən qurulmuş seçki ittifaqı. İttifaq 2023 Türkiyə prezident seçkilərində sabiq Milliyətçi Hərəkat Partiyası millət vəkili Sinan Oğanı namizəd göstərmişdir. İttifaqı təşkil edən partiyalardan sadəcə Zəfər Partiyası və Ədalət Partiyasının 14 may 2023-cü ildə keçirilən parlament seçkilərində iştirak etmək hüququ var idi. == Zəmin == İyun 2022-ci ildə Zəfər Partiyasının da içində olduğu beş partiyadan ibarət yeni bir ittifaqın qurulacağı iddia edildi. Partiya sədri Ümid Özdağ bu iddiaları təkzib etdi. İrəlləyən vaxtlarda Məmləkət Partiyası sədri Məhərrəm İncə Zəfər Partiyası sədri Ümid Özdağ, Ədalət Partiyası (Türkiyə, 2015) sədri Vecdət Öz və Doğru Yol Partiyası sədri Rüfət Sərdaroğlu seçki ittifaqı ilə bağlı danışıqlar apardıqlarını bildirdi. Jurnalist Fatih Altaylı Ümid Özdağ ilə görüşdüyünü və prezident namizədlərinin Məhərrəm İncə olduğunu, əgər Mansur Yavaş namizəd olar isə də onu dəstəkləyəcəklərini qeyd etdi. Məhərrəm İncə "Mən heç kimin ehtiyat namizədi deyiləm." bəyanatını verdi. 4 mart 2023-cü ildə Ümid Özdağ 24 saat əvvəl Məhərrəm İncənin ittifaq danışığı keçirdiyi WhatsApp qrupuna "Mən bu ittifaqı tərk edirəm, haqqınızı halal edin." yazdığını dedi. === Doğru Partiyanın tərk etməsi === Doğru Partiya prezident namizədinin irəli sürülməsi ilə bağlı razılıq əldə olunmadığından ittifaqı elan vaxtından az əvvəl tərk etdiyini açıqladı.
Ata pulu
Ata pulu (türk. Baba Parası) — Səlçuk Aydəmirin rejissoru həm də ssenaristi olduğu, 2020-ci ildə çəkilmiş Türkiyə istehsalı komediya filmi.
Ata ocağı
Ata ocağı bədii serialı baş ssenarist Valeh Əhmədov,rejissor Rüfət Şahbazov və prodüser Amiran Babayev tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Xəzər televiziyasında istehsal edilmişdir. Serial psixoloji dram janrındadır. Əsas rolları Rəşad Bəxtiyarov, Qurban İsmayılov, Həmidə Ömərova, Rasim Cəfərov, Mənsurə Əhmədova ifa edirlər. Serial həftəiçi hər gün saat 22:00-da "Xəzər TV" yayımlanır. 3 avqust 2023-cü ildə final edərək bitmişdir. Serialın bəstəkarı Tərlan Məmmədhüseynovdur. == Məzmun == Serial psixoloji dram janrındadır. Ailə münaqişəsindən bəhs edir. Ailəsinin sosial durumu ilə razılaşmayan övladlar ailə içində qütbləşir.
Kabus ata
Kabus ata (ing. Ghost Dad) — Sidni Puatye tərəfindən 1990-cı ildə çəkilən filmdir. == Məzmun == Elliotun Denni, Amanda və Dayen adında övladları vardır. Övladlarının istədikləri arzulara vaxt ayırmayan Elliot cümə axşamı gününü gözləyir. Elliot həmin gündə taksilərdən birinə rast gəlir. Bu taksiçi avtomobilin sürətini artıraraq körpüdən aşır. Elliot koma vəziyyətinə düşür. Elliot keçmiş səhvlərini düzəltmək kabus halına dönür. Lakin onun çox az vaxtı vardır...
Qorio Ata
"Qorio Ata" 1835-ci ildə yazıçı və dramaturq Onore de Balzak tərəfindən yazılmış romandır. 1819-cu ildə Parisdə keçən romanda üç xarakterin həyatından bəhs olunur — qoca Qorio, axtarışda olan cinayətkar Votren və sadəlöhv hüquq tələbəsi Ejen de Rastinyak. Roman 1834–1835-ci illərdə silsilə halında dərc olunmuşdur. "Qorio Ata" Balzakın ən önəmli romanı hesab olunur. İlk dəfə bu romanın xarakterləri yazarın digər əsərlərində də istifadə olunur və bu Balzakın ədəbiyyatının əsas səciyyələndirici xüsusiyyətlərindən biridir. Əsər həmçinin müəllifin realist tərzinin bir nümunəsidir, hansı ki yazar xırda təfərrüatlardan istifadə edərək obrazlarda alt mətn yaratmışdır. Roman fransız cəmiyyətinə dərin dəyişikliklər gətirən Burbon restavrasiyası zamanı baş verir. Daha yüksək sosial statusu təmin etmək üçün fərdlərin mübarizəsi kitabın əsas mövzusudur. Paris şəhəri də özünü obrazlarda büruzə verir, xüsusən də Fransanın cənubundakı əyalətlərdə böyümüş gənc Rastinyak. Balzak Qorio və başqaları vasitəsilə ailə və nikahın mahiyyətini təhlil edir, bu institutlara bədbin baxış verir.